Ərdoğan Kılıçdaroğlu ilə debatdan İMTİNA ETDİbackend

Ərdoğan Kılıçdaroğlu ilə debatdan İMTİNA ETDİ

Ərdoğan Kılıçdaroğlu ilə debatdan imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNN Türk və Kanal D-yə müsahibəsində bildirib.

O, müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlunun teledebat keçirmək təklifini rədd edərək, danışacaq heç bir şeylərinin olmadığını qeyd edib.

Kılıçdaroğlu cümə axşamı “Ərdoğanın terrorçularla işbirliyini” sübut etmək üçün respublikanın hazırkı başçısını televiziya debatına çağırıb. Ərdoğan bildirib ki, Kılıçdaroğlu terrorçularla işbirliyini sübut edə bilmirsə, deməli, o, “vicdansız insandır”.

“İndi məni televiziyaya çağırır. Mənimlə nə danışacaqsan? Onun heç bir nailiyyəti, baxışı yoxdur. Mən sizinlə Okmeydana (İstanbul) rayonundakı Sosial Sığorta İdarəsinin xəstəxanasını müzakirə etməliyəmmi? Yaxud parlamentdəki 40 mandatı seçkilərdə 1 faiz səs belə toplaya bilməyənlərə necə verdiyinizdən danışaq?”, – Ərdoğan bildirib.

Qeyd edək ki, Kılıçdaroğlu XX əsrin 90-cı illərində Sosial Sığorta İdarəsinə rəhbərlik edib.

Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ilk turunda səslərin 49,52 faizini, onun yeddi müxalifət partiyasından olan rəqibi Kamal Kılıçdaroğlu isə 44,88 faiz səs toplayıb. Prezident seçkilərinin ikinci turu mayın 28-nə təyin edilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*