Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konqo Demokratik Respublikasındakı təmaslarını tamamlayaraq Seneqala səfər edib.
KONKRET.az xəbər verir ki, Ərdoğan Türkiyə-Seneqal İş Forumunda iştirak etmək üçün Seneqalın paytaxtı Dakarda Prezident Maki Sall tərəfindən qarşılanacaq.
Ərdoğan və Sallın Respublika sarayında təkbətək görüşü və iki ölkə arasında müqavilələrin imzalanmasından sonra mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, Türkiyə prezidenti daha sonra Qvineya-Bisau Respublikasına səfər edəcək.
