Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaqbackend

Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentləri ilə telefon danışıqlarına hazırlıqların getdiyini bildirib.

KONKRET.az  xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Türkiyə prezident administrasiyasının əməkdaşları Vladimir Putin və Volodimir Zelenski ilə telefon danışıqları mövzusu ilə bağlı məsləhətləşmələr aparır… Biz kənd təsərrüfatı məhsullarının təkrar ixracı üçün danışıqlar aparacağıq. Problemləri olan ölkələr var, onlara kömək edə bilərik. Qara dənizdəki 20 gəmimiz hərəkətə keçməyə hazırdır”, – deyə Ərdoğan bildirib.

O aydınlaşdırıb ki, Rusiya və Ukrayna tərəflərinin cavabından sonra gələcək addımlar müəyyənləşəcək.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*