Prezident Ərdoğan Putini bir daha gözləməyə məcbur edib. Rusiya lideri hirsini bloknotundan çıxıb.
KONKRET.az xəbər verir ki, Astana sammitində Ərdoğan yenə Putinlə görüşə gecikib.
Bundan əvvəl Rusiya Prezidenti Putini iki dəfə ayaq üstə gözlədən Prezident Ərdoğan Astanada keçirilən sammitdə də eyni şeyi edib. Gözləyərkən kifayət qədər gərgin olduğu müşahidə edilən Putinin Ərdoğan zala daxil olarkən əlindəki dəftəri stolun üstünə qoyması diqqət çəkib.
Xatırladaq ki, Ərdoğan 9 mart 2020-ci ildə Moskvaya gedərkən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin görüşə 2 dəqiqə gec gəlib. Ərdoğanın 2 dəqiqə gözləməsi “diplomatiya ayıbı” kimi qiymətləndirilib.
Prezident Ərdoğan 2020-ci ildə baş verən hadisənin qisasını ilk dəfə iyulun 19-da Tehranda keçirilən toplantıda alıb. Ərdoğan Putini təxminən 1 dəqiqə gözləməyə məcbur edib.
Daha sonra, sentyabrın 17-də Ərdoğan Putini Səmərqənd sammitində düz bir dəqiqə gözlədib.
Dünən keçirilən Astana sammitində Ərdoğanın Putini 2 dəqiqə gözlətdiyi üzə çıxıb. Bununla da Ərdoğan 2020-ci ilin qisasını 3 dəfə aldı.
Putinin Ərdoğanı gözlədiyi anlarda onun gərgin üz ifadəsi kameralara da yansıyıb. Gözlədiyi üçün gərgin olduğu müşahidə edilən Putin Ərdoğan zala girən kimi əlindəki dəftəri stolun üstünə atıb.
Xuraman Etibarlı,
KONKRET.az
