Ərdoğan Yunanıstanla müharibə ehtimalı HAQDA danışdıbackend

Ərdoğan Yunanıstanla müharibə ehtimalı HAQDA danışdı

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Yunanıstanla münaqişə ehtimalını dəyərləndirib. Onun fikrincə, Ankara Yunanıstanla müharibəyə başlamağı planlaşdırmır.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı TASS agentliyi yayıb.

Mənbə yazır ki, dövlət başçısı Afinanın “sözlərinin arxasında durmadığına” işarə edərək, ölkənin hava məkanının Yunanıstan tərəfindən 147 dəfə pozulduğunu xatırladıb.

“Qonşuluqda necə yaşayacağıq? Biz nə etməliyik? Buna mənim Hərbi Hava Qüvvələrim cavabdehdir. Hərbi Hava Qüvvələri cavab verməsə, vətəndaşlarım nə deyəcək? Soruşacaqlar ki, bizim Hərbi Hava Qüvvələrimiz haradadır?” – deyə prezident sual verib və bildirib ki, bir çox dövlətlər Türkiyə ilə Yunanıstanı barışdırmağa çalışır, lakin Ankara hələ belə bir variantı nəzərdən keçirmir.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*