Ərdoğana İmam Buhari ordeni təqdim edildibackend

Ərdoğana İmam Buhari ordeni təqdim edildi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana İmam Buhari ordenini təqdim edib.

KONKRET.az “Haber Globa”a istinadən xəbər verir ki, orden Türk Dövlətləri Təşkilatlarının 9-cu Zirvə Toplantısından öncə Prezidentlər arasında keçirilən görüşdən sonra təqdim edilib.

Ərdoğan ordenin verilməsindən qürur hissi duyduğunu ifadə edib:

“Bu ordenin mənə verilməsi hər mənada münasibətlərimizin konkret təzahürüdür. Mən bu mükafatı ölkələrimiz arasında əbədi qardaşlığın simvolu kimi qəbul edirəm. İmam Buharinin adını daşıyan bir universitetin burada yaradılması müsəlmanlar üçün mühüm əhəmiyyət kəsb edir. Bu ordenə görə əziz qardaşım Şavkat Mirziyoyevə minnətdarlığımı bildirmək istəyirəm. Mən tam əminəm ki, əlaqələrimizi daha yüksək səviyyəyə qaldıracağıq. İmam Buhari Universiteti çox mühüm elm və cazibə mərkəzi olacaq”.

  • Vüqar
    Noyabr 11, 2022 - 07:27

    Buxari olar.yəni məşhur səhih buxari adına həsr edilmiş orden.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*