Ərdoğandan ABŞ-a SƏRT CAVAB: “Heç kim bizə dərs verə bilməz!” – VİDEObackend

Ərdoğandan ABŞ-a SƏRT CAVAB: "Heç kim bizə dərs verə bilməz!" - VİDEO

“Pəncə Qılınc” əməliyyatına qarşı çıxan ABŞ-a Ərdoğan cavab verib.

KONKRET.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif İstanbul Gəmiqayırma Zavodunda bir araya gəlib.

Prezident Ərdoğan “Pəncə Qılınc” əməliyyatına qarşı çıxan ABŞ-a mesaj göndərib.

“Heç kim bizə dərs verə bilməz. Türkiyə terror strategiyasını davam etdirməkdə qərarlıdır. Biz heç kimin razılığını almayacağıq. Terrorçulara dəstək verənlər bunu etməlidir”, – Ərdoğan deyib.

Ərdoğan açıqlamalarında “Pəncə Qılınc” əməliyyatına qarşı çıxan ABŞ-ı bir daha qınayıb və “Hər cür terrora qarşı mübarizəmiz sərhəd daxilində və xaricində davam edəcək. Heç kim bizdən terrorçulara qarşı dözümlülük gözləməməlidir”, deyib.

“Terrorçuları dəstəkləyənlər öz hesablamalarını aparsınlar. 2023-cü il gələcək. Müdafiə sənayemizdə bir çox ilkləri reallaşdıracağımız bir il olacaq”, – deyə Ərdoğan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*