Ərdoğandan “Akkuyu” AES-lə bağlı AÇIQLAMAbackend

Ərdoğandan “Akkuyu” AES-lə bağlı AÇIQLAMA

Aprelin 27-də “Akkuyu” AES-in birinci enerji blokuna nüvə yanacağı yüklənəcək.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı bildirib.

“Aprelin 27-də “Akkuyu” AES-ə yanacaq yükləndikdən sonra bu rəsmən nüvə obyekti sayılacaq”, – prezident deyib.

Qeyd edək ki, “Akkuyu” Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır. Layihə Rusiya ilə Türkiyə arasında 2010-cu il mayın 12-də bağlanmış əməkdaşlıq haqqında hökumətlərarası saziş əsasında həyata keçirilir. AES-in hər bir enerji blokunun gücü 1200 MVt olacaq.

Məlumata görə, “Akkuyu” istismara verildikdən və tam gücü ilə işə salındıqdan sonra ildə təxminən 35 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək. Stansiya Türkiyənin elektrik enerjisinə olan tələbatının 10%-ə qədərini təmin edəcək. AES-in ilk enerji blokunun tikintisinin 2023-cü ildə başa çatdırılması planlaşdırılır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*