Ərdoğanın rəqibinin kim olacağı sabah bilinəcəkbackend

Ərdoğanın rəqibinin kim olacağı sabah bilinəcək

Türkiyənin müxalif “Millət İttifaqı”na daxil olan Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu vahid namizədlə bağlı yeni açıqlama verib. 

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partiya sədri ittifaqın vahid namizədinin sabah müəyyən ediləcəyini deyib.

“Namizədimizi sabah təyin edəcəyik, amma daha sonra, başqa tarixdə açıqlayacağıq”, – deyə o bildirib.

Qeyd edək ki, seçkilərin növbədənkənar qaydada 14 mayda keçirilməsi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*