Dağlıq Qarabağ problemi Ankarada Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın və İngiltərə gizli kəşfiyyat xidmətinin (MI6) rəhbəri Riçard Mur tərəfindən müzakirə edilib.
KONKRET.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bundan əlavə, tərəflər Yaxın Şərqdə və Şərqi Aralıq dənizində sabitliyin təmin edilməsinə dair iki ölkənin ortaq təhlükəsizlik siyasəti barədə fikir mübadiləsi apardılar.
