“Ərini necə öldürmək olar” kitabının müəllifinə ərini öldürdüyünə görə ömürlük həbs cəzası verildibackend

"Ərini necə öldürmək olar" kitabının müəllifinə ərini öldürdüyünə görə ömürlük həbs cəzası verildi

Nensi Krempton-Brofi əri Daniel Brofini öldürməkdə təqsirli bilinib və ömürlük həbs cəzasına məhkum edilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, illər əvvəl ABŞ-da “How to murder your husband” adlı kitab yazan 71 yaşlı qadın yazıçı yeddi həftəlik istintaqdan sonra ərini öldürməkdə təqsirli bilinib.

Bildirilir ki, onun cəzası 25 il həbsdən sonra şərti azadlığa buraxılma ilə əvəzlənə bilər.

Prokuror Krempton Brofinin həyat sığortası ödənişindən maddi qazanc əldə etmək üçün 63 yaşlı Daniel Brofinini öldürdüyünü açıqlayıb. Əsərin məhkəmədə sübut kimi istifadəsinə icazə verilməyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*