backend

Erməni bloger sülhməramlıları GÜNAHLANDIRDI, Paşinyanı QINADI

Ermənilər Qarabağ ərazisində yerləşən Rusiya sülhməramlılarının guya Azərbaycan hərbçilərini müəyyən imtiyazlarla təmin etmələrindən narahatdır.

KONKRET.az xəbər verir ki, bu barədə erməni jurnalist, bloger Vadim Arutyunov danışıb.

Onun sözlərinə görə, sülhməramlılar Qarabağda yaşayan azərbaycanlılara “istədiklərini etməyə” imkan verir:

“Nikol Vovayeviç (Paşinyan nəzərdə tutulur – red), sülhməramlılara nəyə görə təşəkkür edirsiniz? Ümumiyyətlə, bilirsiniz ki, Rusiya sülhməramlıları “artsax”da erməni əsgərlərinə hərbi blindajlarını tikməyi, səngərlərini möhkəmləndirməyi qadağan edirlər? Azərbaycanlı əsgərlərlə vəziyyət isə tam fərqlidir. Xocavənddə rus zabitlərindən bəziləri “arsaxlılara” deyir ki, onların bu torpaqları müdafiə etməyə haqqı yoxdur, azərbaycanlılar isə istədiklərini edə bilər”.

Qeyd edək ki, bu, rus sülhməramlılarının azərbaycanlılara “imtiyaz tanımaq” kimi deyil, Azərbaycan əsgərlərinin haqqıdır. Azərbaycan əsgəri öz ərazisində işlər aparır, erməni silahlı birləşmələri isə tərk-silah olub, ərazidən çıxmaq əvəzinə Azərbaycan torpağında səhgər qazmağa çalışır. Sülhməramlıların başı üzərindən Azərbaycan əsgərinə qarşı təxribatlar törədən də bu erməni terrorçularını himayə edən sülhməramlılardır./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*