Erməni əsilli məşhur müğənni: “Türk əsgərləri hələ də qana susayıblar”backend

Erməni əsilli məşhur müğənni: "Türk əsgərləri hələ də qana susayıblar"

KONKRET.az bildirir ki, dünyaca məşhur erməni əsilli amerikalı müğənni Şer (Şerlin Sarkisyan) “Twitter”-dəki hesabında Türkiyənin Suriyadakı hərbi əməliyyatını qınayıb.

“Kürdlərə yazığım gəlir, təəssüf edirəm, amma hələ 11 yaşımda təxminən 2 milyon ermənini işgəncə verməklə öldürən qaniçən türklər barədə eşitmişdim. Ermənistanda da onlar haqqında eşidiblər.

Türk əsgərləri hələ də qana susayıblar. İndi onlar Trampın xeyir-duası ilə kürdlərə qarşı soyqırım törədəcəklər”, – deyə müğənni Amerika Prezidentini susmaqda ittiham edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*