Erməni general Armen Arutyunyan HƏBS EDİLDİbackend

Erməni general Armen Arutyunyan HƏBS EDİLDİ

Ermənistan Respublikası Silahlı Qüvvələrinin Raket Qoşunları və Artilleriya İdarəsinin keçmiş rəisi, general-mayor Armen Arutyunyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi tərəfindən araşdırılan cinayət işi çərçivəsində saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinə istinadən yazıb.

İstintaq müəyyən edib ki, Armen Arutyunyan seçim komissiyasının sədri kimi Müdafiə Nazirliyi ilə erməni şirkətlərindən biri arasında razılaşmaya uyğun gəlməyən əmlakın qəbulunda iştirak edib. Beləliklə, o, təchizatçı şirkətin direktoru və sahibinin maraqlarından çıxış edib.

“Arutyunyan xüsusilə böyük miqyasda mənimsəmədə şübhəli bilinir. Xüsusilə, onun köməyi ilə kifayət qədər yüksək taktiki-texniki xüsusiyyətlərə malik olmayan Çexiya istehsalı olan artilleriya mərmilərinin tədarükçüsü şirkətə 523 milyon 89 min dram (1 milyon 83 min dollar) ödənilib. Söhbət atış məsafəsinin qeyri-kafi olmasından və ballistik xüsusiyyətlərin Müdafiə Nazirliyinin tələblərinə uyğun gəlməməsindən gedir.

Bundan başqa, məlum olub ki, mərmilərin zəif xüsusiyyətləri Qarabağda 44 günlük müharibə zamanı döyüş tapşırıqlarının yerinə yetirilməsinə mane olub.

Eyni halda, tədarükçü şirkətin sahibinə və onun direktoruna qarşı ittihamlar irəli sürülüb.

İstintaq davam edir. Cinayət sxeminin qalan iştirakçılarının müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*