Xəbər verdiyimiz kimi, SSRİ və Ermənistanın general-leytenantı, Ermənistan Silahlı Qüvvələrinin formalaşmasında əsas rol oynayan şəxslərdən biri Norat Ter-Qriqoryants Ermənistan Respublikasının vətəndaşlığından imtina edərək pasportunu təhvil verib.
KONKRET.az xəbər verir ki, “İravunq” qəzetinə müsahibəsində Ter-Qriqoryants bunu hansı səbəbdən etdiyiini açıqlayıb.
General hakimiyyətdə olan şəxslərin xalqı satdığını iddia edərək qərarını bu sərt sözlərlə əsaslandırıb: “Mənə nə qalmışdı? Ermənistanda hakimiyyətə onsuz da az olan erməni xalqını satan və onu türklərin əli ilə məhv etmək istəyən adamlar gələndə başqa nə etməliydim?”.
Pasportunu təhvil verdikdən sonra prezident administrasiyasından ona vətəndaşlıqdan məhrum edildiyi barədə bildiriş gəldiyini qeyd edən general bir daha heç vaxt Ermənistana getməyəcəyini vurğulayıb.
Ağagül Mürsəlov,
KONKRET.az
