Erməni keşiş SAYAQLADI: “Bayrağımız yenidən Kəlbəcərdə, Araz vadilərində, Şuşa və Hadrutda dalğalanacaq”backend

Erməni keşiş SAYAQLADI: "Bayrağımız yenidən Kəlbəcərdə, Araz vadilərində, Şuşa və Hadrutda dalğalanacaq"

İrəvanda keçirilən mitinqdə erməni keşiş sərsəm çıxış edib.

KONKRET.az xəbər verir ki, bunu mayın 5-də Yerevanın Fransa meydanında mitinqdə Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan deyib.

“Təəssüf ki, siyasi maraqlar, ikili standartlar, nisbi əxlaq həqiqət və ədalətdən daha çox çəkiyə malikdir. Yəni bu gün bizim haqqımız yoxdur.

Ona görə də Qarabağın, bütün erməni icmasının haqqı var, çünki ölkəmiz sudan çox qanla dolub. Qarabağ heç vaxt düşmən qüvvələrinin bir hissəsi olmayacaq. İnanıram ki, erməni üçrəngli bayrağı yenidən Kəlbəcər yamaclarında, Araz vadilərində, Şuşa və Hadrut yüksəkliklərində dalğalanacaq. Mən Ermənistan ordusunun şərəf və şöhrətinə inanıram”, – deyə Qalstanyan sərsəmləyib.

Xuraman Etibarlı,

KONKRET.az

  • Vuqar
    Noyabr 5, 2022 - 20:14

    Mayın 5-də olan xəbəri indi niyə deyirsiz?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*