Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Arçrun Ovannisyan bu gün keçirdiyi brifinqdə bildirib ki, Qarabağda döyüşlər təkcə şimal və cənub istiqamətində deyil, mərkəzi istiqamətdə də aparılır.
KONKRET.az bildirir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
Ovannisyanın sözlərinə görə, şimal istiqamətində döyüşlər zamanı Azərbaycan HHQ-nin aviasiyası işə salınıb.
O, həmçinin bildirib ki, mərkəzi istiqamətdə Azərbaycanın təxribat qrupları erməni mövqelərinin dərinliklərinə nüfuz edib.
Cənub istiqamətində də döyüşlər davam edir. virtualaz.org