Erməni lobbisi tərəfindən fransalı jurnalistlərə ölüm hədələri gəlməkdə davam edirbackend

Erməni lobbisi tərəfindən fransalı jurnalistlərə ölüm hədələri gəlməkdə davam edir

Erməni tiri Makronun gozündə görünməzdir

Fransanın “Charlie Hebdo” satirik jurnalı bir neçə il bundan əvvəl yeganə müsəlman peyğəmbərin karikaturasını dərc edəndə liberal opponentlər ədəb-ərkana, insanların dini inanclarına hörmətlə yanaşmağa çağırdılarsa, radikal qüvvələr silaha əl atdılar. Qan töküldü. Ötən illərdə jurnalistlər qorxu içində yaşadılar. Redaksiya məkanını dəyişdi və ünvanı gizli saxladı. Bununla yanaşı, keçən ay yeni terror aktı törədildi. Yəqin, “söz azadlığı” haqqında izahatlar inandırıcı səslənməmişdi…

Söz azad olmalıdır! Yalnız azad insanın sözü azaddır. Bu azadlıq təkcə elan deyil, təmin edilməlidir. Riyakarlıqsız! İkili münasibətsiz!

İslam terrorçuları terror əməllərindən əvvəl də, sonra da bütün imkanlardan istifadə edərək çəkinmədən hədə-qorxu gəliblər. Cəmiyyət, Fransa dövləti və anlaşılmaz prezident E.Makron belə hədələri terror hadisəsini qabaqcadan xəbər verən qara müjdə hesab edib, pisləyib. İndi növbə erməni terroru hədələrinindir. Bəs münasibət necə olacaq?

Kütləvi informasiya vasitələrinin bildirdiyi kimi, Fransanın “TF1” telekanalının jurnalistləri Azərbaycanın döyüş bölgəsinə yaxın ərazilərindən reportaj hazırlayıb efirə veriblər. Azərbaycan həqiqətlərini və ermənilərin yaşayış məntəqələrini atəşə tutması barədə məlumatları dünyaya çatdıran jurnalistlər indi ölümlə hədələnirlər. Onlara və telekanal rəhbərliyinə gələn təhdidlər erməni faşistləri tərəfindən təşkil olunur.

Erməni lobbisi tərəfindən fransalı jurnalistlərə ölüm hədələri gəlməkdə davam edir. Valeria Terzian adlı qaniçən yazır ki, “bu telekanalın rəhbər şəxslərindən bir neçəsinin başı kəsilsə, onlar daha aydın düşünərlər”. “Ermənilər başınızla futbol oynayacaq!”, “Yazınız sizə çox baha başa gələcək!”, “Adları yadda saxlayaq. Müharibə dövrünün hökmü – ölüm hökmüdür!”.

Bəzi ermənilər isə ASALA-ya indi daha çox ehtiyac duyulduğunu yazıblar.

Ölüm hədələri Fransanın “La Liberation” qəzetinin jurnalistlərinə beynəlxalq erməni terror təşkilatı – ASALA və onun üzvləri tərəfindən göndərilib. Son günlər bu və digər erməni təşkilatları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri yazan jurnalistləri ölümlə hədələyir və reallıqları gizlətməyə çalışırlar.

“La liberation” qəzetinin jurnalisti ASALA-nın, eləcə də erməni lobbisinin üzvləri tərəfindən ona göndərilən ölüm hədələrini Twitter hesabında paylaşıb. Qəzetin saytında Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı obyektiv məqalə çoxlarını, xüsusən ASALA-nı və erməni diasporunu qəzəbləndirib. Bu zatıqırıqları gözəl, namuslu “millətçi” sözü ilə adlandırmaq yaramaz! Yaramaz – onların layiqli adıdır! Ölüm hədələri alan jurnalistlər isə məqaləni saytdan çıxarmağa məcbur olublar.

Fransalı jurnalistlərin səsi belə batırıldı.

Makron, sənin səsin niyə çıxmır?!!

Olmaya səsin azad deyil, erməni dustağıdır?!! Zavallı!

Xatirə SADİQ,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*