Erməni məktəblərində üçüncü xarici dil: türk və Azərbaycan dili tədris oluna bilər.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Janna Andreasyan bildirib. O deyib ki, rus dili ilə yanaşı digər xarici dil də öyrəniləcək, o cümlədən ingilis, fransız və ya alman dili. Bundan başqa, region ölkələrinin (türk və Azərbaycan) dillərinə də xüsusi diqqət yetiriləcək.
O hesab edir ki, qonşular haqqında bilmək və öz ölkəsinin maraqlarını başa düşən və müdafiə edən insanlar hazırlamaq lazımdır.
Xuraman Etibarlı,
KONKRET.az