Erməni nazir KREMLİ məyus etdi: “Rus məktəbinin açılması ilə bağlı qərar yoxdur”backend

Erməni nazir KREMLİ məyus etdi: “Rus məktəbinin açılması ilə bağlı qərar yoxdur”

“Ermənistanda rus məktəbi açıla bilər, lakin hələ belə qərar yoxdur”.

KONKRET.az “news.am” saytına istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan səsləndirib.

Onun sözlərinə görə, bu mövzunu şişirtməyin heç bir mənası yoxdur:

“Onsuz da Ermənistanın bütün ümumi təhsil müəssisələrində rus dili öyrənilir. Daha geniş təhsil isə 63 məktəbdə aparılır. Onlardan 33-ü İrəvanda, 30-u isə regionlardadır. 45 dövlət ümumtəhsil məktəbində tədris rus dilində olan siniflər fəaliyyət göstərir. Ermənistanda tədris dili erməni dilidir, rus dili 2-ci sinifdən, digər xarici dillər isə 3-cü sinifdən tədris olunur”.

Nazir izah edib ki, rus və erməni təhsil proqramları üzrə fəaliyyət göstərən siniflər arasında fərq var.

“Zərurət yaranarsa, son hadisələr fonunda biz bu siniflərin sayını artıra bilərik”, deyə o, izah edib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, rus dili dost hökumətdən (Ermənistan) daimi dəstək alır. Dumanyan rus dilini ingilis və ya əksinə, ya da xarici dilləri erməni dilinə qarşı qoymamağa çağırıb.

“Nə qədər çox dil bilsək, bir o qədər yaxşıdır” deyə nazir vurğulayıb. O, Gürcüstanla sərhəddə yerləşən məktəblərdə gürcü dilinin tədrisini təşkil etmək planlarını açıqlayıb və bunun müəllim çatışmazlığından həyata keçmədiyini qeyd edib.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*