Şəhidimizin qisası alındı – Erməni tərəfində çoxlu sayda ölü və yaralı varbackend

Şəhidimizin qisası alındı - Erməni tərəfində çoxlu sayda ölü və yaralı var

Bu gün Ermənistan silahlı qüvvələri heç bir səbəb olmadan Kəlbəcər istiqamətində təxribat törədib. Düşmənin Azərbaycan orsudunun postuna hücumu nəticəsində bir hərbçimiz şəhid olub. Amma ordumuzun qətiyyətli tədbirləri nəticəsində erməni tərəfinin bu hərbi avantürası tam iflasa uğrayıb və şəhidimizin qanı yerdə qalmayıb. 

KONKRET.az xəbər verir ki, hərbi mənbələrdən “Qafqazinfo”ya daxil olan məlumata görə, ordumuz cavab tədbirləri ilə düşmənin iki postunu darmadağın edib, oradakı silah sursatları, bir neçə hərbi texnika və hərbi avtomobil məhv edilib. 

İlkin məlumatlara görə, 5-8 arası erməni hərbçiləri məhv edilib, çoxlu sayda yaralılar var. 

Görünür, Nikol Paşinyanın KTMT sammitinə formal sədrlik etməsi və Qazaxıstana hərbçi göndərməsi onu yeni avantüraya həvəsləndirib. Amma bu avantüra baş tutmayıb və erməni hərbçilərin ölümünə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Mənbə bildirib ki, Azərbaycan bundan sonra da İsrail ordusunun tətbiq etdiyi metoddan istifadə edəcək – hər bir itkimizin əvəzində düşmən cavabını beşqat alacaq.

22:27

Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub. Müdafiə Nazirliyinin yaydığı açıqlamaya görə, Ermənistan silahlı qüvvələrinin bu gün günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.

KONKRET.az xəbər verir ki, Caliber.az Kəlbəcərdəki gərginliyin bəzi detallarını açıqlayıb.

Məlumata görə, atışma zamanı postlar arasında məsafə 50 metr olub və hərbçimiz snayperdən açılan atəşlə həlak olub.

Bundan sonra Azərbaycan Ordusu cavab atəşi açıb. Erməni postu məhv edilib. Düşmənin elə həmin postda 3 nəfərdən 5 nəfərədək itkisi olub. Ermənilər yaralıları tərk edərək qaçıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*