Sona Mnaçakanyanın öldüyü yerdə “Qatil Nikol” plakatı peyda olub.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, aprelin 26-da Ermənistanın baş naziri Nikol Paşinyanın kortejinin avtomobillərindən biri hamilə qadını vuraraq öldürüb. Hadisə Paronyan və Leo küçələrinin kəsişməsində baş verib.
Qəzadan bir neçə saatdan sonra baş nazirin kabinetindən “Nikol Paşinyan maşın sürmür və sükan arxasında o olmayıb”,- deyə məlumat veriblər.
Hadisənin baş verdiyi yerə güllərlə yanaşı baş nazirə etiraz əlaməti olaraq “Qatil Nikol” plakatı qoyulub.
Xuraman Etibarlı,
KONKRET.az
