“Erməni qartalları” Donbasa getmək istəyir.
KONKRET.az xəbər verir ki, bu barədə erməni nəşri “Past” yazır. “Erməni qartalları” könüllü dəstəsi Rusiya Prezidenti Vladimir Putinə məktub göndərərək Donbasa getməyə icazə verilməsini xahiş edib.
“Könüllülər dəstəsi” Rusiya Prezidenti Vladimir Putinə “Donbasa getməyə icazə verilməsi xahişi ilə məktub göndərib”,- deyə qəzet yazıb.
Qəzetin yazdığına görə, bir neçə gün əvvəl “Qartallar”ın rəhbəri Xaçik Asryan bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinə məktubu təqdim edib.
Bundan əvvəl dəstənin sosial şəbəkədəki rəsmi səhifəsində Rusiya Federasiyasının Ukraynadakı xüsusi əməliyyatına kömək etməyə hazır olduğunu bildirən bəyanat yayılıb.
“Könüllü dəstə Donbasa getməyə və Rusiya Silahlı Qüvvələrinin tərkibində – Ermənistanın və Arsaxın xarici təhlükəsizliyinin yeganə təminatçısı kimi Donbas və Ukrayna əhalisini qorumaq üçün NATO-ya, Qərbə, eləcə də 44 günlük müharibə zamanı düşmənimizə hərbi, iqtisadi və mənəvi dəstək verən Ukraynanın faşist hakimiyyətinə qarşı döyüşməyə hazırdır”, – deyə bəyanatda deyilir.
Xuraman Etibarlı,
KONKRET.az
