Ermənilər ardıcıl olaraq mövqelərimizi niyə atəşə tutur? – Ekspert səbəbləri AÇIQLADI – ÖZƏLbackend

Ermənilər ardıcıl olaraq mövqelərimizi niyə atəşə tutur? - Ekspert səbəbləri AÇIQLADI - ÖZƏL

44 günlük Vətən müharibəsində aldığı zərbədən dərs çıxarmayan Ermənistan öz çirkin əməllərindən qalmır. Belə ki, bu gün səhər saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qanunsuz erməni silahlı dəstələri Goranboy istiqamətindəki mövqelərimizi atəşə tutub.

Maraqlıdır ermənilərin ardıcıl olaraq mövqelərimizi atəşə tutmaqda məqsədi nədir?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını hərbi ekspert Üzeyir Cəfərov cavablandırıb. O bildirib ki, ermənilər bu təxribatlarla heç bir məqsədinə nail ola bilməyəcək: “Bu gün Ermənistan və onun havadarları çıxılmaz vəziyyətdə qalıb. Ona görə də belə təxribatlara əl atırlar. Guya Ermənistan öz ordusunun varlığı haqqında fikir formalaşdırmağa çalışır. Aydın məsələdir ki, onları idarə edən kənar qüvvələrdir. Lakin o qüvvələrin öz vəziyyəti göz qabağındadır. Belə təxribatlar həmişə olub və bundan sonra da davam edəcək. Möqvelərimizin atəşə tutulması nə birinci dəfədir, nə də sonuncu olacaq. Ermənilər heç bir məqsədinə nail ola bilməyəcək”.

Hərbi ekspert Belarus-Azərbaycan hərbi yaxınlaşmasının səbəblərindən danışır - 07.05.2019, Sputnik Azərbaycan

Ekspert bildirib ki, atəşkəsi pozmaqla onlar bizdən bir qarış belə ərazi ala bilməz: “Belə təxribatlarla guya göstərmək istəyirlər ki, bizim də ordumuz var. Sanki Ermənistan Azərbaycana təzyiq göstərir kimi fikir formalaşdırmağa çalışırlar. Lakin bütün bunlar boş və mənasız işlərdir və heç nəyi dəyişən deyil. Belə hallara görə narahat olmağa dəyməz. Ermənilər bir sıra  ərazilərdən – Goranboydan, Tovuzdan, atəş açmaqla  göstərmək istəyirlər ki, bizim hər yerdə hərbi gücümüz var və ordumuz hazır vəziyyətdədir. 3-5 erməni əskərinin açdığı atəşdən nə olacaq? Ermənilər həm də qorxur ki, Azərbaycan Rusiyanın başının qarışmasından istifadə edib onları tamamilə məhv edəcək. Əgər rus silahlı qüvvələri bu vəziyyətdədirsə, Ermənistan ordusu haqda danışmağa dəyməz. 10 gündür ki, ruslar bütün dünyanın gözü qarşısında rəzil vəziyyətə düşüb. Ona görə narahatlığa əsas yoxdur”

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*