“Yüz minlərlə erməni Bakıdakı evlərinə qayıda biləndə danışarıq, hələlik azərbaycanlılar öz mehmanxana nömrələrində qalmalıdırlar”.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bunu İrəvanda Azərbaycan nümayəndələrinin gəlişinə etiraz aksiyasını təşkil edən Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Qazaryan deyib. O bildirib ki, aksiya bitməyib, sabah da davam edəcək.
Qazaryan bildirib ki, növbəti aksiya fevralın 22-də Avronest parlament assambleyasının sabahkı iclası zamanı baş tutacaq.
“Yüz minlərlə erməni Bakıdakı evlərinə qayıda biləndə, o zaman biz onların İrəvandakı hadisələrdə iştirakının mümkünlüyünü müzakirə edəcəyik. Hələlik isə Azərbaycan nümayəndələri nəticə çıxarmalı və öz mehmanxana nömrələrində qalmalıdırlar”, – deyə Qazaryan çərənləyib.
Xuraman Etibarlı,
KONKRET.az
