Ermənilər bu dəfə Macarıstana “hücum etdilər” – “Mənfur baş nazir Viktor Orban öz iç üzünü göstərir”backend

Ermənilər bu dəfə Macarıstana “hücum etdilər” – “Mənfur baş nazir Viktor Orban öz iç üzünü göstərir”

“Macarıstanın xarici işlər naziri Peter Siyarto Türkiyə prezidenti Ərdoğanın Ukraynaya vasitəçilik etdiyinə görə Nobel Sülh Mükafatına namizəd göstərilməsini təklif edib. Bu, daha çox Siyartonun Türkiyə ilə yaxın əlaələrdə olmasından xəbər verir”.

KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Razmik Akopjanyanın məqaləsində yer alıb. Görünür ermənilər Macarıstan və Türkiyə dostluğunu həzm edə bilmədiklərindən rəsmi Budapeştə qarşı “hücum”a keçmək qərarına gəliblər.

Erməni analitik daha sonra fikirlərini Siyartodan sitat gətirməklə davam etdirib: “Sülh lazımdır. Sülh danışıqlar tələb edir. Danışıqlar üçün vasitəçilər lazımdır. İndiyədək müharibə edən tərəflər arasında yalnız Türkiyə uğurla vasitəçilik edə bilib. Bütün bunlarda dostum Mevlüt Çavuşoğlunun böyük rolu olub və Türkiyənin xarici işlər nazirini yenidən Budapeştdə qəbul etmək mənim üçün böyük şərəfdir”, – Peter Siyarto bildirib. O, əlavə edib ki, Budapeşt Türk Dövlətləri Təşkilatına (OTG) müşahidəçi qismində qoşulmaqla düzgün qərar verib. İki il ərzində biz Türkiyə-Azərbaycan tandemindən ziyan görürük. Macarıstan isə bu tandemin yanında yer alıb. Beləliklə, dünyanın ən mənfur siyasətçilərindən biri hesab edilən və Qərbin Ukraynaya yardımına açıq şəkildə qarşı çıxan Macarıstanın baş naziri Viktor Orban öz iç üzünü göstərir”, – deyə Akopjanyan məkrli erməni xislətinə uyğun şərh verib.

HAŞİYƏ: Birincisi, Türkiyə-Azərbaycan qardaş ölkədir və bunun tarixi kökləri mövcuddur. Bu tandem hər zaman birlikdə öz düşmənlərinə qarşı mübarizə aparıb. Ermənistan isə işğalçı dövlət olmaqla və Azərbaycanın torpaqlarını zəbt etməklə özü-özünə ziyan vurub. Rəsmi Bakı suveren ərazilərini düşmən tapdağından təmizləməklə beynəlxalq təşkilatların 30 il ərzində həyata keçirə bilmədiyini 44 günə edib. Macarıstan da daxil bir çox dövlətlərin bu haqq savaşında Azərbaycanın yanında yer alması isə ermənilərə sözün əsl mənasında “od qoyur”. Ona görə də, Akopjanyan Macarıstan baş nazirini mənfur şəxs kimi qələmə verir. Amma bütün dünya erməni xislətinin nə qədər mənfur və məkrli olduğundan xəbərdardır. Erməni analitik bu həqiqəti unutmasa daha yaxşı olar.

“Macarıstanın xüsusi hərbi əməliyyatın başladığı ilk günlərdə Ukrayna ərazilərinin bir hissəsini ələ keçirməyə cəhd etməsi heç də təəccüblü deyil. O, Rusiyanın sürətli qələbəsinə inanırdı. Macarıstan həmçinin Azərbaycanla  “qardaşlaşmış şəhərlər” müqaviləsi bağlayır, Bakı ilə əlaqələrini inkişaf etdirir. Macarıstan xarici işlər nazirinin Nobel mükafatı laureatına namizəd kimi təklif etdiyi Ərdoğan da Bakıya dəstək verir”, – Akopjanyan fikirlərini tamamlayıb.

HAŞİYƏ: Azərbaycanın Avropa dövlətləri ilə genişlənən münasibətləri fonunda Ermənistanın hələ də Rusiya və KTMT asılılığından xilas ola bilməməsi, erməniləri bərk qıcıqlandırır. Bu gün rəsmi Bakı bir çox beynəlxalq və regional layihələrdə əsas iştirakçı qismində çıxış edir. Qərb və onun liderləri Azərbaycan Prezidenti ilə görüşməyə can atır. Ölkəmizin nüfuzu getdikcə daha da güclənir. Qarabağda abadlıq işləri həyata keçirilir. Türkiyə-Azərbaycan tandemi bütün dünyaya səs salır. Ermənistan isə məhv olmaq təhlükəsi ilə üz-üzə qalan bir dövlət kimi “qəfəsdən uça bilmək üçün çırpınır”. Elə bu səbəblərdəndir ki, ermənilər Azərbaycanla geniş əlaqələr quran dövlətlərə qıcıqlanaraq onları hədəfə alırlar. Ancaq Akopjanyan və onun kimi dar düşüncəli ermənilərin yazdıqları boş və mənasız söz yığınından başqa bir şey deyil. Ermənistan inkişaf etmək istəyirsə, mütləq Azərbaycanın “qılıncının altından keçməli” və sülh müqaviləsinə imza atmalıdır. Əks halda Azərbaycana və onun müttəfiqlərinə həsəd aparmaqla məhv olacaq.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*