“Ermənilər Gəncədə törədikləri hadisəyə görə öz cazalarını çox ağır şəkildə alırlar və alacaqlar”.
KONKRET.az xəbər verir ki, bunu Gəncəyə səfəri zamanı Baş Nazirin müavini Əli Əhmədov deyib.
Əli Əhmədov Gəncədə jurnalistlərə açıqlamasında erməni terrorizminin cavabının döyüş meydanında verildiyini bildirib:
“Əlbəttə, biz onlar kimi uşaq, mülkü şəxsləri hədəf almırıq. Biz bunun cavabını döyüş meydanında veririk. Ermənilər Gəncəyə etdiklərinin cəzasını çox ağır ödəyir”.
Qeyd edək ki, Baş Nazirin müavini zərər görən hərkəsə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən maddi yardım da ediləcəyini bildirib.
