Ermənilər İrandan yük daşınması üçün yeni çarə TAPDILAR – YOLDA QALDILARbackend

Ermənilər İrandan yük daşınması üçün yeni çarə TAPDILAR - YOLDA QALDILAR

Ermənilər Azərbaycan torpaqlarından keçib rüsum ödəmək istəməyən iranlı TIR sürücüləri üçün yeni yol fikirləşib.

KONKRET.az “News.am”a istinadla xəbər verir ki, Gorus-Qafan yolundan istifadə edə bilməyən iranlı sürücülər altenativ yolla Ermənistana daxil olmağa cəhd edib. Ancaq, dağlıq ərazi və küçələrin dar olmasına görə, TIR-lar Ermənistana gedib çıxmaqda ciddi çətinliklə üzləşib.

Bu səbəblə irandan gələn yüklər yolun müəyyən hissəsinə qədər çatdırılır. Daha sonra xırda yük maşınları ilə Ermənistana daşınır. Bu barədə yükdaşıma şirkətinin rəhbəri Qaqik Ağacanyan deyib.

O həmçinin bildirib ki, TIR-ların alternativ yolla maneəsiz hərəkət etməsi üçün küçələrin genişləndirilməsi kifayət etməyəcək:

“Yeganə yol dağlıq ərazidə tunellər, keçidlər və körpülər tikilərsə, bu məqsədə nail olmaq mümkündür. İndi yol tikintisilə bağlı açıqlama verirlər. Nə tikmək istədiklərini, yolun hara gedəcəyini bilmirəm. Lazım olan pulun məbləği də olduqca yüksəkdir. Ancaq, yol tikilməlidir, həyati önəm kəsb edir”.

Xatırladaq ki, Ermənistan tərəfindən verilən açıqlamada Gorus-Qafan yoluna alternativ yolun tikintisi üçün 1 milyard dollardan çox vəsaitin lazım olduğunu bildirilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*