Ermənilər Laçın yolunun yaxınlığında çadır qurub.
KONKRET.az xəbər verir ki, erməni pedaqoq, “Milli Gündəm” partiyasının üzvü Ayk Paytyan bir qrup erməni ilə birlikdə dünən Qarabağı Ermənistanla birləşdirən yolun yaxınlığında çadırlar qurublar. Daha sonra onlara qoşulmaq istəyənlərə çağırış ediblər.
“Əgər bu tərəfdən 5-6 min adam varsa, Qarabağdan da bu qədər adam gəlirsə, onda mən əminəm ki, heç kim yolu bağlaya bilməz.
Hazırda mühasirə işləri aparılır, bundan sonra konkret işlərə başlanılmalıdır.
Müraciətimiz belədir: Tuğ kəndinin altından və Xankəndidən bir neçə min (ən yaxşı halda on minlərlə) erməni ilə birlikdə hərəkət etməliyik. Görək Qarabağa köçməyə kim icazə verməyəcək. Hər tərəfdən ən azı 5 min vətəndaş lazımdır”, – Paytyan deyib.
Onun sözlərinə görə, əsas məqsəd Qarabağ ermənilərinə kömək etmək və onlara yol açmaqdır.
“Bəli, bu, əsas məqsəddir. Lakin bu, ümumerməni oyanışın başlanğıcı olmalıdır, onun son akkordu İrəvanda olmalıdır. Laçın, Hadrut, Cəbrayıldan sonra bütün məsələlərin həllinin son açarı İrəvandadır. Laçın dəhlizinin açılması Qarabağ müharibəsinin birinci mərhələsində olduğu kimi başlanğıc ola bilər və olmalıdır. Demək istəyirəm ki, hər şey ermənilərlə Qarabağdan başlayıb”, – deyə o çərənləyib.
Xuraman Etibarlı,
KONKRET.az
