Ermənistan rəhbərliyi tarixi ərazilərimizdəki abidələrimizlə bağlı saxtakarləqlarını davam etdirir.
KONKRET.az bu barədə erməni mediasına istinadən bildirir. “Mehridə orta əsrlərə aid təməllər üzərində dayanan kilsələr bərpa olunur və nadir əşyalar tapılır”, erməni mediası yazıb. Qeyd olunub ki, “Surb Hovhannes monastırı”nda aparılan qazıntılar zamanı “şərakan kolleksiyasının parçaları (kilsə nəğmələri), eləcə də 12-13-cü əsrlərə aid kilsə qabları aşkar edilib”.
Şəhərdə 4 məbədin olduğu bildirilir. “Onlar digər erməni kilsələrindən həm də onunla fərqlənir ki, onlar yonulmuş daş bloklardan deyil, su axını ilə cilalanmış çay daşından tikiliblər”-erməni saxtakarlar daha sonra əlavə ediblər.
Beləliklə, qədim alban kilsələrini “erməni kilsəsi” kimi təqdim etmək cəhdləri davam edir. Zəngəzur dəhlizinin, Qərbi azərbaycanlıların qayıdışı mövzusunun aktual olduğu bir zamanda ermənilərin Mehri saxtakarlıqlarına başlaması sözsüz ki, təsadüfi deyil.
KONKRET.az