Ermənilər Njdenin doğum gününü qeyd edir – İlham Əliyev bu mifi darmadağın edibbackend

Ermənilər Njdenin doğum gününü qeyd edir - İlham Əliyev bu mifi darmadağın edib

KONKRET.az xəbər verir ki, erməni mediasında bu gün onun doğum tarixi ilə bağlı silsilə yazılar dərc edilib. Həmin yazılarda deyilir ki, Nijde 1 yanvar 1886-cı ildə Naxçıvan yaxınlığında anadan olub.

Erməni ideoloqlar Monte Melkonyanın məşhur sözlərini də xatırlamağı unutmayıblar: “Qarabağı itirsək, erməni tarixinin son səhifəsini açacağıq.”

Qeyd edək ki, 100 il əvvəl, Qaregin Njde Zəngəzurda öz quldur dəstələri ilə birgə azərbaycanlılara qarşı soyqırımında da iştirak edib.

Erməni ideoloqları bu gün də bu fikri təbliğ edirlər ki, Qaregin Nijde bütün şüurlu həyatını türk təhlükəsinə qarşı mübarizəyə həsr edib. “Bir gənc ikən Bolqarıstanda Osmanlı qüvvələrinə qarşı etdiyi parlaq əməliyyatlara görə “Balkan Xalqlarının Qəhrəmanı” titulunu alıb. İllər keçəcək və Ermənistanın hər küncündə Nijdenin buradan keçdiyini xatırlayacaq”, – deyə tezislərdə bildirilir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Qaregin Njde haqqında danışarkən xüsusi olaraq vurğulayıb ki, faşizmin və Hitlerin tərənnümü qəbuledilməzdir.

Prezident ötən il MDB Dövlət Başçıları Şurasının iclasında deyib ki, MDB liderləri dəfələrlə faşistlərin qəhrəmanlaşdırılmasını pisləyiblər.

“Biz, MDB rəhbərləri faşistlərin tərənnümünə qarşı çıxdıq”, – deyə Prezident bildirib.

Ölkə başçısı əlavə edib:

“Təəssüf ki, MDB məkanında, xüsusilə Ermənistanda belə şeylər baş verib. Ermənistanın keçmiş hökuməti Yerevanın mərkəzində alman faşistlərinə Qaregin Njde ləqəbi ilə xidmət edən faşist cəllad və satqın Qaregin Ter-Arutyunyana abidə qoymuşdu”.

Dövlət başçısı qeyd edib ki, MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qismi Ermənistanın əvvəlki rəhbərliyinin bu addımına dəfələrlə sərt etiraz ediblər.

Prezident Rusiya Xarici İşlər Nazirliyinin may ayında çıxan “Nasizmin qəhrəmanlaşdırılması ilə bağlı vəziyyət” adlı hesabatından da sitat gətirib:

“Xüsusilə bu hesabatda deyilir ki, Ermənistanın keçmiş hakim Respublika Partiyası Qaregin Njde kimi millətçi siyasətçinin xatirəsini əbədiləşdirmək üçün addım atdı. Burada Üçüncü Reyxlə əməkdaşlıq haqqında məlumat var. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir”.

İlham Əliyev Qaregin Njdenin Sovet hökuməti tərəfindən sonradan həbs edildiyini və Vladimirsk həbsxanasında öldüyünü xatırladıb:

“Təəssüf ki, Ermənistanın yeni hökuməti bu abidəni demontaj etməyib. Hesab edirəm ki, faşizmin qəhrəmanlaşdırılmasına MDB məkanında yer yoxdur”.

Prezident öz nitqində Azərbaycan xalqının faşizm üzərində qələbəyə layiqli töhfə verdiyini də xatırladıb.

“Azərbaycanın 600 mindən çox oğul və qızı İkinci Dünya Müharibəsi cəbhələrində döyüşüb. Onların yarısı qələbə uğrunda canlarını qurban veriblər. Müharibə illərində şücaət göstərən 130-dan çox Azərbaycan nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 170 mindən çox əsgər və zabitlərimiz orden və medallarla təltif edilib”.

Prezidentin sözlərinə görə, Azərbaycan neftçiləri cəbhəni hərbi texnika üçün lazım olan yanacaqla təmin edib.

“Azərbaycan bütün ölkəni yanacaqla təmin etdi. Cəbhə üçün zəruri olan neftin 70 faizi, benzinin 80 faizi, mühərrik yağlarının 90 faizi Azərbaycan tərəfindən təmin edildi. Bunlar olmadan Sovet ordusu düşmənə qalib gələ bilməzdi”.

Ölkə başçısı Adolf Hitlerə tort hədiyyə edilməsi ilə bağlı kadrları da xatırladıb:

“Tortda “Xəzər dənizi” yazılmışdı. Burada maye qara şokolad var. Orada “Bakı” yazılıb. Hitler bir qaşıq şokoladı yığır və tortun üstünə tökür. Sonra çubuq şəklində olan şokoladı götürüb birbaşa “Bakı” yazılan yerə qoyur. Bu, nasistlərin Azərbaycanın neft yataqlarını ələ keçirmək planlarını, habelə Şimali Qafqazın neft yataqlarını ələ keçirmək planlarını vurğulayır”.

Dövlət başçısı bildirib ki, faşistlər Bakını ələ keçirsəydi, Sovet ordusu qələbə üçün lazım olan yanacaqla təmin edilməyəcəkdi.

“Sovet hakimiyyəti belə fövqəladə vəziyyətdə neft quyularını minalamışdı ki, düşmənin əlinə keçməsin. Yəni yüz minlərlə qurban ola bilərdi”.

O, Azərbaycanın elm xadimlərinin faşizm üzərində qələbəyə verdiyi yüksək töhfəni də qeyd edib.

“Beləliklə, böyük azərbaycanlı alim Yusif Məmmədəliyev “Molotov kokteyli” kimi maddəni icad etdi. Bu barədə az adam bilir, amma bu həqiqətdir. Düşmən üçün kabusa çevrilən məşhur “Katyuşa” və digər silahlar gecə-gündüz Bakı fabriklərində istehsal olunurdu”.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan ölənlərin xatirəsini ədəbiləşdirir və müharibə veteranlarına qayğı göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*