Ermənilər Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinə hücum etdi – FOTOLARbackend

Ermənilər Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinə hücum etdi - FOTOLAR

Fransanın paytaxtı Parisdə bir qrup erməni Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzinə hücum edib.

KONKRET.az Report-a istinadən xəbər verir ki, ermənilər Parisdə “Qarabağa aparan yol” filminin nümayişinin baş tutmaması üçün təxribat törətməyə çalışıblar.

Onlar Şuşa, o cümlədən, Qarabağla bağlı təxribatçı şüarlar səsləndiriblər. Təxribatçılar Fransanın “Qarabağa aparan yol” filminin çəkilişini və nümayişini təşkil etmiş “Ere TV” kanalına etirazlarını bildiriblər.

Hücum zamanı Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova xəsarət alıb. Polis hadisə yerinə gələrək təxribatın qarşısını alıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*