Ermənilər Paşinyanı məyus etdi – FOTObackend

Ermənilər Paşinyanı məyus etdi - FOTO

Avro-2020-nin müntəzəm seçmə mərhələsi Yerevandakı Vazgen Sarkisyan adına Respublika stadionunda keçirilib. Konkret.az xəbər verir ki, Ermənistan millisi İtaliya yığmasına 3: 1 hesabı ilə məğlub olub.

İlk hissənin 11-ci dəqiqəsində Aleksandr Karapetyan hesabı açıb. Lakin oyunçu iki sarı vərəqə alaraq oyununu yarımçıq kəsməli olub. İkinci qol isə 27-ci dəqiqədə italiyalı Andrea Belotti tərəfindən vurulub. Birinci hissə 1-1 hesabı ilə başa çatıb. İkinci hissədə italyanlar kəmiyyət üstünlüyünü keyfiyyət üstünlüyünə çevirə biliblər və ümumi qolların sayını 3-ə çatdırıblar: 77-ci dəqiqədə Lorenzo Pelleqrini, 80-ci dəqiqədə – Belotti.

Ermənistanın baş naziri Nikol Paşinyan və UEFA prezidenti Aleksandr Çeferin oyunu stadiondan izləyib.

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Ermənistan komandasının növbəti görüşü sentyabrın 8-də saat 17: 00-da Vazgen Sarkisyan adına Respublika stadionunda keçiriləcək. Erməni futbolçular Bosniya və Hersoqovinanın milli komandası ilə görüşəcəklər.

Natiq Səlim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*