Ermənilər sülhməramlıları İTTİHAM EDİR: “Blokada”dan sui-istifadə edib pul qazanırlar”backend

Ermənilər sülhməramlıları İTTİHAM EDİR: "Blokada"dan sui-istifadə edib pul qazanırlar"

“Bəzi sülhməramlılar da Qarabağ faciəsi ilə varlanmağa başlayıblar”.

KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb. Bildirilir ki, Rusiya sülhməramlıları Qarabağın “blokada”sından sui-istifadə edirlər.

“Laçın dəhlizi iki aya yaxındır ki, azərbaycanlı ekoloqlar tərəfindən “bağlanıb” və yaxın vaxtlarda onun açılacağı gözlənilmir.

Rusiya sülhməramlıları dəhlizə lazımi nəzarəti həyata keçirməyə, təhlükəsiz və maneəsiz hərəkəti təmin etməyə borclu olsalar da, yolun açılması üçün faktiki addımlar atmırlar. Əvəzində aclıq və ya antisanitar şərait yaranmaması üçün Qarabağa humanitar yüklərin daşınmasını təmin etməyə çalışırlar.

Ancaq öyrəndik ki, bəzi sülhməramlılar da Qarabağ faciəsi ilə varlanmağa başlayıblar. Onlar müvafiq ödəniş müqabilində yükün bir hissəsini daşıyırlar.

Üstəlik, iştahaları da az deyil. Bir yük maşını keçirmək üçün ermənilərdən – iş adamlarından, xeyriyyəçilərdən, zəruri malları çatdırmağa çalışan insanlardan min dollara qədər pul alırlar. Pulun miqdarı müxtəlif hallarda dəyişir.  Malın qiymətindən və miqdarından asılı olaraq 20 min dramdan bir neçə yüz min drama qədər pul alırlar”, – deyə qəzet yazır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*