KONKRET.AZ erməni mediasına istinadla xəbər verir ki, bu gün səhər saat 10:15-də Azərbaycan Silahlı Qüvvələrinə məxsus kəşfiyyat uçuşu həyata keçirən pilotsuz ORBITER-2 vurulub.
Müdafiə Nazirliyindən aldığımız məlumata görə, kütləvi informasiya vasitələrində guya Azərbaycana məxsus PUA-nın vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb: “Bildiririk ki, bu xəbər həqiqətə uyğun deyil, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur”.
Qeyd edək ki, erməni mətbuatı ORBITER-2-nin göstəriciləri haqqında məlumatları da həvəslə yayıblar.
ORBITER-2-nin əsas texniki göstəriciləri bunlardan ibarətdir:
Ölçüləri :
Ermənistan
– Qanadlarının uzunluğu 3m
– Uznluğu 1m
Texniki göstəriciləri:
– Çəkisi 8,5 kq
– Faydalı yük götürmə imkanı 1,5 kq
-Uçuş məsafəsi 80 km
– Uçuş müddəti -4-5 saat
– Yüksəklik 6 km
– Uçuş surəti 70km/s
Digər təqdimatımız `AEROSTAR`– Taktiki Pilotsuz Uçuş Aparatıdır .