Ermənilər təxribat ardınca təxribata yol verirlər.
KONKRET.az xəbər verir ki, rusiyalı tennisçi Karen Xaçanov yenidən təxribata əl atıb. Azərbaycan Tennis Federasiyasının qınamasına baxmayaraq, erməni tennisçi Qarabağ separatçılarına dəstək məqsədilə kameraya “Arsax, güclü ol” yazıb. O, əvvəl bunu 1/8 turnirdə etmişdi.
Bu təxribatın ardınca qondarma qurumun “bayraq”ları Avstraliya Açıq tennis turnirinə gətirilib və Xaçanov və yaponiyalı Yoşihito Nişioka arasında oyun zamanı istifadə edilib.
Xatırladaq ki, Azərbaycan Tennis Federasiyası bu təxribatçı hərəkəti qınamaqla yanaşı, Beynəlxalq Tennis Federasiyasına etiraz məktubu göndərərək, Xaçanovun diskvalifikasiya edilməsini xahiş edib.
P.S. Keçinin əcəli çatıb deyəsən…
Xuraman Etibarlı,
KONKRET.az