Ermənilərin Qarabağ QARABASMASI – Danışıqlar masası və Bakının SƏBR KASASIbackend

Ermənilərin Qarabağ QARABASMASI - Danışıqlar masası və Bakının SƏBR KASASI

Azərbaycan danışıqlar prosesinə hər zaman sadiq olub. Sadəcə, işğalçı və separatçı ermənilər sülh prosesindən boyun qaçırmaq, vaxt udmaq üçün II Qarabağ savaşına qədər Madriddən tutmuş Lavrovun prinsiplərinə kimi bütün prosesləri pozublar. Sərhəd pozmaqları azmış kimi…

Nəticədə Azərbaycan Vətən müharibəsinə (əks hücum) başladı və Ohanyan səddinin qəddini qırdı. Ermənilərin məğlubedilməz ordu mifi dağıldı. Yadınızdadırsa, separatçı rejim Laçın sərhədinə qaçmış və İrəvana sığınmaq istəyirdi. “Miatsum” ideologiyalı Eçmiədzin onların hamısını qəbul etmədiyinə görə ermənilər Azərbaycan xəritəsindəki qartalın qanadları altına sığınmalı oldular.

Hələ ki, sülhməramlı himayəsindədilər, amma qanunvericiliyimizə keçidlərinə az qalıb. Əslində inkişaf etmiş Azərbaycan vətəndaşı olmaq onların Fransa və Amerikada yaşamaq istəyi qədər güclüdür. Sadəcə, gözləri qorxub. Özü də pis. Kölgə görəndə təlaşdan sarılıq tutacaq qədər!

KONKRET.az-ın daha əvvəl də xəbər verdiyi kimi, Ermənistan ordusunun əsgəri hərbçi yoldaşını azərbaycanlı zənn edib güllələyib.

19 yaşlı Karamyanın yasına “yanıq Kərəmi” sifariş edənlər də var, müharibəyə son deyib ağlayanlar da. Bəli, hadisəyə səbəb onların hələ də vahimə içində olmasıdır. Vəziyyətin belə qalması, onları xof içində saxlamaq üçün ara-sıra hərbi əməliyyatların keçirilməsi vacibdir. Onsuz da, Azərbaycanı antiterror əməliyyatına da erməni qanun pozuntuları vadar edir.

Hindistandan silah yoxe, lap “Cimi”ni gətirsələr, xeyri yoxdur. “Dəmir Yumruq” yerindədir. Və bu yumruq hər günlə daha da möhkəmlənir. Azərbaycan öz sözündə də möhkəmdir. Yoxsa, danışıqlar prosesinə davam etməzdi.

Sadəcə, İrəvan Bakının irəli sürdüyü 5 baza prinsipi hansısa yolla burcutmaq, yaxud qondarma əlavələr etmək niyyətindədir. Azərbaycan isə son əməliyyatlarla onları başa salmağa çalışdı ki, Basarkeçər, Göyçə və bütünlüklə Zəngəzuru geri qaytara bilərik. Yəni, özlərini armenoid adlandıran hibrid külfət Zəngəzur dəhlizini çox yubatsa, həmin koridor Azərbaycan ərazisindən açılacaq.

Paşinyanın Rusiyanı sıxmağa çalışan Qərbə sığınması, KTMT-dən çıxmaq ehtimalları da bizim işimizə yarayır. ATƏT sərhədə ha çox müşahidəçi göndərsin! Onsuz da, təşkilatın Minsk Qrupu da xortlayası deyil.

Odur ki, Moskva və Soçi platformalarından Brüsselə keçən sülh danışıqlarına əngəl olmaq Nikolu ruslar demiş, “на кол” otuzdura bilər. Çünki Azərbaycanın səbr kasası dolmaq üzrədir. Paşinyan hökuməti ağıllanmasa, İrəvanın yataqxanaları yenə dolacaq. Erablurda isə zatən yer qalmayıb.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*