Ermənilərin ruslardan “tələbi” heyrət doğurur – FOTObackend

Ermənilərin ruslardan “tələbi” heyrət doğurur - FOTO

Azərbaycan Ordusunun ardıcıl qələbələrindən ruh düşkünlüyünə qapılan və qaçmağa üz qoyan düşmənin sosial şəbəkələrdə Rusiyanı asıb-kəsməsi, qınaması intensivləşib.

KONKRET.az Musavat.com-a istinadla xəbər verir ki, ənənəvi olaraq ruslardan onların yerinə döyüşüb-ölmək tələb edən ermənilərin həyasızlığı sadəcə, adamı dəhşətə gətirir.

Onlardan biri də Andronik Susanyan adlı şəxsdir. Onun yazdıqları ilk baxışdan psixi pozğunluğu olan adamın sayıqlamasına oxşayır, amma məsələ ondadır ki, məhz bu cür düşünən ermənilər çoxdur və bu cür düşündüklərini və dediklərini görüntüləyən videolar var.

Andronik Susanyan yazır: “Rus satqınlar, 140 milyonsunuz, ermənilərə köməyə yüz min əsgər göndərə bilərdiniz, onlar ermənilərin yerinə həlak olsalar da müqəddəs iş üçün ölərdilər, Ermənistan qəhrəmanı olardılar, rus torpağı isə bundan kasıblamazdı, yenə doğub-törəyərdi. Ermənilər azdır, ən qədim ari xalqdır. Onları qorumaq lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*