Ermənistan atom bombası yaratmaq eşqinə düşüb – KOÇARYANDAN AÇIQLAMAbackend

Ermənistan atom bombası yaratmaq eşqinə düşüb - KOÇARYANDAN AÇIQLAMA

“Atom bombasına sahib olmaqla biz tez bir zamanda itirilənləri geri qaytara, çox şeyə nail ola və ən əsası Ermənistanla xarici kadr potensialı arasında üzvi bir əlaqə yarada bilərik”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının sədri, hakim “Mənim addımım” fraksiyasının üzvü Andranik Koçaryan bu gün “Elm: təhlükəsizlik və inkişafın dirəyi kimi” mövzusunda konfransda söyləyib.

Millət vəkili əlavə edib ki, erməni elminin milli təhlükəsizlik sisteminə və orduya yaxın olması lazımdır. Və bunun üçün Müdafiə Nazirliyi nə lazımdırsa, etməlidir. Yeri gəlsə, xarici elm adamları ilə əlaqələr qurmalıyıq. Koçaryan əlavə edib ki, ordunun problemlərinin həlli dövlət üçün prioritet olmalıdır.

Lətif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*