“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır” – Qriqoryanbackend

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır” - Qriqoryan

“Ermənistan Qarabağın statusu ilə bağlı yekun qərar qəbul edilmədən Azərbaycanla sülh müqaviləsinin bağlanmasını istisna etmir”.

KONKRET.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu “Armenpress”ə müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Belə bir fikir var, lakin indiki mərhələdə hər hansı belə qətnamədən danışmaq tezdir”, – Qriqoryan bildirib.

O qeyd edib ki, Bakı ilə sülh müqaviləsinin imzalanması sülh gündəliyinin və yol xəritəsinin kulminasiya nöqtəsidir.

Qriqoryan bir daha xatırladıb ki, Ermənistan Azərbaycanın təklif etdiyi münasibətlərin normallaşdırılmasına dair beş bəndlik sənədi məqbul hesab edir.

Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, Ermənistan ölkə qanunvericiliyi əsasında Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

“Biz dəfələrlə demişik ki, Ermənistan və Azərbaycan 1991-ci ildə imzalanmış və sonradan ratifikasiya olunmuş MDB-nin yaradılması haqqında sazişlə bir-birinin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyıb. Və bu gün bu həm Ermənistanın, həm də Azərbaycanın qanunvericiliyinin bir hissəsidir. Bu, ikitərəfli səviyyədə də öz əksini tapmalıdır”, – Qriqoryan bildirib.

O, bu kontekstdə Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını vurğulayıb:

“Qarabağ məsələsi bizim üçün ərazi məsələsi deyil. Bu mənada Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları bizim üçün prinsipial əhəmiyyət kəsb edir. Paşinyan Milli Assambleyadakı çıxışlarının birində qeyd edib ki, Qarabağ məsələsini Ermənistan-Azərbaycan münasibətlərindən ayırmaq ideyası var. İndi biz bu variantı fəal şəkildə müzakirə etməli və necə davam edəcəyimizə qərar verməliyik”.

Qriqoryan vurğulayıb ki, Rusiya sülhməramlılarının mövcudluğu Qarabağ ermənilərinin təhlükəsizliyinin beynəlxalq təminatıdır. O qeyd edib ki, hazırda bu təminatın daha da gücləndirilməsi üzərində işləmək lazımdır. Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*