Ermənistan baş nazirinin İcevandakı heykəli növbəti dəfə zədələnib – FOTObackend

Ermənistan baş nazirinin İcevandakı heykəli növbəti dəfə zədələnib - FOTO

İcevanda Ermənistanın baş naziri Nikol Paşinyanın “addımlayan” heykəlinin başı dördüncü dəfə qoparılıb və üstünə qırmızı boya tökülüb.

KONKRET.az bildirir ki, bu barədə “Hraparak”ın nəşri məlumat yayıb.

“Bundan əvvəl Paşinyanın abidəsi İcevan-Noyemberyan avtomobil yolunda qoyulmuşdu. Abidə üç dəfə zədələndikdən sonra İcevan kilsəsinin həyətinə köçürülüb. Amma “doğma divarlar” burada da heykəli qoruya bilməyib”, – deyə nəşr qeyd edir.

Xatırladaq ki, İcevan Ermənistan baş nazirinin doğulduğu şəhərdir.

AZƏRTAC

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*