Konkret.az erməni mediasına istinadla xəbər verir ki, sentyabrın 7-ə keçən gecədə İrəvanda Ermənistan Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun təsisçisi və direktoru olan 46 yaşlı Styopa Safaryan qarət edilib.
Gecə saat 2:50 radələrində mənzilinin ön qapısında iki nəfər ona yaxınlaşıb, naməlum şəxslərdən biri onu kürəyindən itələyib, digəri isə əlindən “iPhone 8” mobil telefonunu götürərək qaçıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Soyğunçuluq edənlərin şəxsiyyəti hələ müəyyənləşdirilməyib.
Qeyd edək ki, Ermənistanda eyni zamanda politoloq kimi tanınan Styopanın ölkədə sataşmadığı məmur qalmayıb. Sonuncu dəfə Dövlət Nəzarət Xidmətinin rəsmisi Arqişti Kyaryamyana belə bir ironik sual vermişdi ki, necə olur, bizneslə məşğul deyil, heç bir klanın üzvü deyil, amma milyonerdir. “Mən özüm 5 dil bilirəm, 4 ali təhsilim var, valideynlərimdən qalma mənzilim və qohumların köməkliyi ilə maşın almışam. Baxmayaraq ki, 5 il deputat olmuşam, amma bunun kimi varlı deyiləm”
F.TAHİROĞLU