Ermənistan bu tarixdə prezidentini seçəcək – Dəqiq vaxt AÇIQLANDIbackend

Ermənistan bu tarixdə prezidentini seçəcək - Dəqiq vaxt AÇIQLANDI

Ermənistan parlamenti martın 1-də başlayacaq növbəti sessiyasında ölkə prezidentini seçəcək.

KONKRET.az  “Sputnik Armenia”a istinadən xəbər verir ki, məsələnin sessiyanın gündəliyinə salınması ilə bağlı layihə parlamentin fevralın 28-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Prezident seçkiləri martın 1-də deyil, 2-i və ya 3-də keçiriləcək.

Qeyd edək ki, Ermənistan Prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verdiyini açıqlayıb. Fevralın 1-dən prezidentin səlahiyyətlərini parlamentin sədri Alen Simonyan icra edir. Yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryan hakim partiyadan prezidentliyə namizəd olub. Müxalifət isə prezident seçkilərini boykot edir və namizəd irəli sürmək niyyətində olmadığını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*