Ermənistan “dqr”-də “prezident seçkiləri”nin nəticələrini tanımaya bilər – MÖVQEbackend

Ermənistan “dqr”-də “prezident seçkiləri”nin nəticələrini tanımaya bilər - MÖVQE

Konkret.az xəbər verir ki, erməni medaisında dərc edilən analitik materiallarda vurğulanır ki, baş nazir Nikol Paşinyanın Ermənistanın siyasi həyatındakı təsiri zəifləyir. “Politik” Araşdırma qrupunun gəldiyi qənaətə görə Baş nazir özü də bunu hiss edir. Bu baxımdan 2020-ci ildə “dqr”-də keçiriləcək prezident seçkilərinin gedişinə nəzarət edə bilməyəcək bir vəziyyət yarana bilər. Bu zaman təbii ki, Paşinyanın kimə dəstək verəcəyi bəlli deyil.

Arzuolunmayan hadisələrin qarşısını almaq üçün Paşinyan önləyici bir addım atdı. Belə ki, avqustun 22-də hökumət iclasında Məlumatlı Vətəndaşlar Birliyi və “Şəffaflıq” Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin Xankəndi ofisinə 33 milyon dramdan çox vəsait ayrılması barədə qərar qəbul edildi. Hökümətin qərarına əsasən, bu təşkilatlara qondarma “dqr”-də keçiriləcək seçkiləri izləmək üçün maliyyə ayrılır.

Bu təşkilatlar Baş nazir Paşinyanın vətəndaş cəmiyyəti sahəsindəki sadiq müttəfiqləridir. Onların töhfələri Qarabağ “seçkiləri”ndəki vəziyyəti əhəmiyyətli dərəcədə dəyişəcək. Seçkilərin nəticəsi əslində Xankəndindəki MSK tərəfindən deyil, Ermənistandan göndərilən bu təşkilatların rəyləri əsasında müəyyən ediləcək.

Ermənistanın baş naziri Nikol Paşinyanın qara siyahısında olan “dqr” seçkilərində namizədi olarsa, özünə yaxın təşkilatların kütləvi bülletenlər doldurması və saxtakarlıq edəcəyi istisna edilmir. Əgər hadisələr başqa səmtə yönələrsə, Ermənistan hökuməti qondarma seçkilərin nəticələrini tanımayacaq. Seçki nəticələrinin Ermənistan tərəfindən tanınmaması Qarabağın qondarma hakimiyyəti və erməni klanı üçün ciddi problemlər yarada bilər.

Hazırladı: Fadil Paşayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*