backend

Ermənistan HƏDƏLƏDİ: "Öküzün buynuzundan tutaraq Moskvanı yerinə oturtmalıyıq"

Lavrovun Bakıya səfəri erməni seqmentini isterikaya salıb.

KONKRET.az xəbər verir ki, erməni politoloq Tevos Arşakyan bu səfər haqqında öz fikirlərini bildirib.

“Maskalar çırıldı və Moskva açıq-aşkar Bakıya doğru irəliləyir. Oradan Lavrov İrəvanı hədələyir. Əslində Rusiya Ermənistanı yox, Ermənistan Rusiyanı cəzalandıracaq.

Lavrov Rusiyanın əhəmiyyətini açıq-aşkar şişirdir. Ermənistanın ABŞ, Fransa, Hindistan və ya Aİ kimi güclü tərəfdaşlara ehtiyacı var.

Ermənistan hakimiyyəti özünü incimiş tərəf kimi göstərməməlidir, öküzün buynuzundan tutaraq Moskvaya öz yerini göstərməlidir.

P.S. Bu cəfəngiyyat ermənilərin nə qədər nankor olduqlarının sübutudur. Rusiya Ermənistanı qorumaq üçün ölkədə hərbi baza saxlayır və buna milyonlar xərcləyir.

İllərlə Ermənistana pulsuz silahlar ötürüb. 44 günlük müharibədə darmadağın olanda Ermənistanın köməyinə məhz Rusiya gəldi.

Rusiyanın kölgəsində Ermənistan dövlətçiliyini qoruya bilib. İrəvan Qərbin xoşuna gəlmək üçün Rusiyaya açıq-aşkar xəyanət edir. Rusiya bunu bağışlayacaqmı?

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*