“Ermənistan hökuməti açıq-aydın odla oynayır” – “Hraparak”backend

“Ermənistan hökuməti açıq-aydın odla oynayır” – “Hraparak”

“Dünən öyrəndik ki, erməni bərbərləri Bərbərlər və Vizaj Rəssamlarının Dünya Çempionatında iştirak etmək üçün Parisə gedirlər. Baş nazirin həyat yoldaşı Anna Akopyan da Ukraynaya humanitar yardım apararaq Kiyevə gedib. Ermənistan “Qartal partnyoru-2023” adlı erməni-amerikan birgə hərbi təliminin keçiriləcəyi barədə razılığa gəlib. Buna Rusiya tərəfi Peskovun dili ilə dərhal reaksiya verib”.

KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb. Nəşr daha sonra vurğulayıb:

“Eyni zamanda, Müdafiə Nazirliyi Ermənistanda akkreditə olunmuş xarici hərbi attaşeləri dəvət edərək Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti təqdim edərək, sərhəddə yeni eskalasiyaya yol verməmək üçün bu dövlətlərdən dəstək istəyib. Alen Simonyan Zaxarovaya növbəti yanlış açıqlama verib. Ermənistan hökuməti açıq-aydın odla oynayır, Rusiyanın Gürcüstan və Ukraynadakı siyasətini təkrar edib-etməyəcəyini yoxlayır”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*