“Ermənistan hökuməti Köhnətağlar və Çaylaqqaya kəndlərini qəsdən Azərbaycana təslim edib” – Kazaryanbackend

“Ermənistan hökuməti Köhnətağlar və Çaylaqqaya kəndlərini qəsdən Azərbaycana təslim edib” - Kazaryan

Erməni Polkovnik-leytenant Arsen Kazaryan hakimiyyəti Hadrutun Köhnətağlar (Hin Tağlar) və Çaylaqqaya  (Xtsaberd) kəndlərini qəsdən Azərbaycana təslim etməkdə günahlandırıb.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, Kazaryan Köhnətağlar (Hin Tağlar) və Çaylaqqaya  (Xtsaberd) kəndlərində əsir götürülən erməni hərbçilərinə görə təqsirləndirilənlər onu günahkar çıxarmağa çalışırlar. Amma Kazaryan ona qarşı irəli sürülən ittihamlarla qətiyyən razılaşmır. Onun sözlərinə görə, həmin kəndlərdə hərbçilərin necə əsir götürüldüyündən xəbərsizdir, çünki  bu bölmə onun əmrinə və məsuliyyətinə daxil olmayıb.

Polkovnik -leytenantın vəkili Vaan Ovannisyan isə bildirib ki, hökumət rəsmiləri Kazaryanı həbs etməklə əsir düşmüş hərbçilərin yaxınlarının qəzəbini yumşaltmağa çalışırlar.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*