Ermənistan Müdafiə Nazirliyi qadınların könüllü hərbi xidmətə cəlb olunması məsələsini müzakirə edir.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat verib. O təfərrüatlar barədə məlumat verməyib.
Bundan əvvəl də Ermənistan hakimiyyəti qadınların silahlı qüvvələrə cəlb olunmasını genişləndirmək planlarını bəyan edib. Xüsusilə, 2022-ci il yanvarın 1-də baş nazir Nikol Paşinyan yeni il müraciətində Ermənistan ordusuna getdikcə daha çox qadının cəlb edilməli olduğunu açıqlayıb.
Qeyd edək ki, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan 2021-ci ilin avqustunda Ermənistan hakimiyyətinin təhlükəsizlik məsələlərinə mümkün qədər qadınları cəlb etməyi planlaşdırdığını deyib. 2022-ci ilin noyabr ayında Müdafiə Nazirliyi qadın və qızların iştirakını prioritet hesab edərək pulsuz atıcılıq kursları təşkil edib.
QEYD: Görünən odur ki, Ermənistan ordusunda vəziyyət həddən artıq biabırçıdır. Silah verib cəbhəyə yola salmağa kişi tapılmadığından hökumət qadınları və qızları orduya cəlb etmək qərarına gəlib. Bunu könüllülük prinsipi ilə həyata keçirmək qərarı isə sadəcə “gözə kül üfürməkdən” başqa bir şey deyil. Ancaq erməni qadınların orduda özlərini necə aparacaqları haqda Ermənistan hökuməti əvvəlcədən fikirləşsə, pis olmaz. Onsuz da eyş-işrət və özbaşınalıqların tüğyan etməsi ilə ad çıxaran Ermənistan ordusunda qadın və qızların çox olması Paşinyan hökumətinə baha başa gələ bilər.
Müşviq Tofiqoğlu,
KONKRET.az
