Ermənistan öz düşməninə sığınacaq verib – ŞOK TƏFƏRRÜATLARbackend

Ermənistan öz düşməninə sığınacaq verib – ŞOK TƏFƏRRÜATLAR

Konkret.az erməni saytlarına istinadla xəbər verir ki, Ermənistan tanınmış ictimasi-siyasi xadim, rus millətçisi Vitaliy Şişkinə sığınacaq verib.

Rus millətçisi Vitaliy Şişkin özünün Facebook səhifəsində Rusiyada təqib olunan siyasətçi kimi Ermənistana qaçqın statusu verdiyinə görə təşəkkür edib. Ermənistan Xarici İşlər Nazirliyi məlumatı şərh etməkdən imtina edib. Miqrasiya Xidməti də öz növbəsində jurnalistlərin sorğusuna cavab olaraq bildirib ki, Şişkinin status ilə bağlı heç bir şərh verilməyəcək.

Erməni sosial şəbəkələrində Şişkinlə bağlı kəskin müzakirələr gedir. Məlum olub ki, millətçi kimi o, Rusiyada əcnəbilərə, o cümlədən ermənilərə qarşı tez-tez çıxışlar edib. 2015-ci ildə Şişkin Kaluqanın erməni icmasına ciddi  problemlər yaşadıb. 2015-ci ildə bir neçə ermənini Rusiyadan deportasiya edilməsinə nail olub. Şişkin 2015-ci ildə millətlərarası nifaq yaratmçaqda ittiham edilərək məhkum olunub.

Dosye: Vitaliy Şişkin 1972-ci ildə Qazaxıstanın Çelinoqrad (İndiki Nursultan) şəhərində anadan olub.

2010-cu ildən Moskvadakı müxalifət mitinqlərinin fəal iştirakçısı olub. Kaluqada ilk rus yürüşü zamanı erməni millətinə qarşı amansızlığı ilə yadda qalıb. Dəfələrlə müxtəlif maddələrlə həbs edilib, mühacirlərə qarşı nifrət hissi aşılamaqda günahlandırılıb. Hələ 11 iyul 2013-cü il Saratov vilayətinin Puqaçev şəhərində məşhur yığıncaqda iştirak edib. Səbəb Şimali Qafqazdan mühacirət edən paraşütçü Ruslan Marjanovun öldürülməsi idi.

O, ermənilərin Aleksandr Salkayevin öldürməsinə görə sakinlər arasında əks-təbliğat aparıb. Lakin buna görə 7 günlük həbs edilib.

 

Fadil PAŞAYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*