Ermənistan parlamenti Fransa senatından ABIRLI çıxdı – SƏBƏB ŞƏRHDƏbackend

Ermənistan parlamenti Fransa senatından ABIRLI çıxdı - SƏBƏB ŞƏRHDƏ

Ermənistan parlamenti müxalifətin Azərbaycan Milli Məclisinə ünvanladığı bəyanatı qəbul etməyib.

KONKRET.az xəbər verir ki, bəyanatı səsvermədə iştirak edən 97 deputatdan cəmi 29 nəfər dəstəkləyib.

Müxalif “Hayastan” fraksiyasın bəyanatının mətnindəki “Dağlıq Qarabağ Respublikası”, “Artsax Respublikası”, “Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququ” kimi ifadələr hakim partiyanın xoşuna gəlməyib.

Xatırladaq ki, oxşar sənədi Fransa senatı qəbul etmişdi. Paşinyanın Makronla cicibacılığı fonunda İrəvanda belə bir bəyanatın qəbuluna etirazın müəyyən səbəbləri var:

– Ermənistan müxalifəti Rusiyanın himayəsindədir, Nikol isə Putindən qırılmaq istəyir;

– Hazırda Qarabağla bağlı Paris-Moskva ssenarisi oxşar məzmunludur və onlar Amerikanın sülh variantını danışıqlar masasından götürmək istəyirlər;

– Bu yöndə Tehranla da əlaqəli çalışan Versal və Kreml Azərbaycan ətrafında fars, rus, fransız düyünü formalaşdırmaq niyyətindədir. Yəni dərviş Parisi partladası deyil, çünki fransızın təhkimlisidir;

– Amma Paşinyan ofisi Amerikada olan Sorosun layihəsidir;

– Həm də İrandan gələn təhdidlər kontekstində ABŞ-Azərbaycan əlaqələri daha sıx xarakter almaqdadır;

Açığı, İrəvanla Bakının siyasətdə Vaşinqton kursu götürməsi daha ziyansız görünür. Çünki digər həmsədrlər Lolitanın çanağı kimi yanvar-fevral durumundadır. Stabil deyillər. Fransa və Rusiyanın Cənubi Qafqazda reallaşdırmaq istədiyi “parçala, hökm sür” strategiyası Türk Dövlətləri Təşkilatı (TDT) fonunda iflasa uğrayacaq. Ermənistan əhalisi də özünə erməni yox, ərmən desə, bəlkə gələcəkdə TDT-yə üzv oldular. Həmin gələcəkdə ruslarla farslara parçalanmaq, türklərə isə hökm sürmək qalacaq.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*